Azərbaycanda süni intellektin etik və məsuliyyətli olması üçün xüsusi standartlar hazırlanır İqtisadiyyat

Azərbaycanda süni intellektin etik və məsuliyyətli olması üçün xüsusi standartlar hazırlanır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi süni intellektin etik və məsuliyyətli olması üçün xüsusi standartlar hazırlayır.

Bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi- praktik konfransdakı çıxışında bildirib.

“Ölkədə 1 milyarddan çox data vahidinin cəmiyyətə açıq olması, özəl sektorun, startapların, elmi-tədqiqat müəssisələrinin bu data vahidlərindən istifadə edərək süni intellekt modellərini formalaşdırması üçün xüsusi proqramlar, həmçinin bu sahədə normativ və institusional tənzimlənmə nəzərdə tutulur. Biz elə etməliyik ki, ölkəmizdə yaradılacaq süni intellekt modelləri insanlığa xidmət etsin, gələcəkdə təhdid mənbəyinə çevrilməsin”, - o, qeyd edib.