Prezident: Azərbaycanda kifayət qədər böyük enerji potensialı var
Prezident İlham Əliyev Peter Pelleqrinini Azərbaycana rəsmi səfərə dəvət edib
Prezident: Slovakiya və onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq
Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir
18:24
546
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan neft məhsullarının ölkəsinə ixracı məsələsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, Papoyan “Azadlıq Radiosu”nun erməni xidmətinə bildirib ki, vaxtı gələndə bu barədə hər şey bilinəcək.
Nazir Gürcüstanın Azərbaycan neft məhsullarının Ermənistana ixracına görə tranzit üçün rüsum alınmayacağına dair bəyanata da toxunub.
“Mən təsdiq edirəm ki, Gürcüstan tərəfi bunu mənə çatdırıb, Gürcüstanın iqtisadiyyat naziri şəxsən mənə çatdırıb”, - erməni nazir deyib.
O əlavə edib ki, bu, Gürcüstanın sülh prosesində jestidir: “İlk tranzit üçün Gürcüstan tərəfi pul tələb etməyəcək. Və sonra təbii ki, təşkilatların ödəməli olduğu tranzit haqları var”.
“Şərh verə bilmərəm. Bu cür proseslərdə nəticələr olduqda danışmağı sevirəm”, - Papoyan yaxın gələcəkdə Azərbaycan neft məhsullarının ilk partiyasının gətirilməsi məsələsini şərh edərkən deyib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini deyib. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın keçən həftə Qəbələyə səfəri zamanı müzakirə edildiyini bildirib.