Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Azərbaycan Slovakiya ilə data mərkəzləri sahəsində əməkdaşlıq etmək niyyətindədir
Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
İsrail BMMT-yə Qəzzada humanitar yardım üçün ərazisindən istifadəyə rəsmi razılıq verib
19:52
462
“Bizim perspektivli əməkdaşlıq sahəmiz müdafiə sənayesi sahəsidir”.
APA-nın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə mətbuata birgə bəyanatlarında deyib.
“Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Bizim üçün müharibələr artıq keçmişdə qalıb. Sadəcə, burada bir sinerjinin yaradılması, Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də bu, texnoloji inkişafın da bir rolu olaraq bizə böyük faydalar verəcək. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”, - deyə dövlət başçısı bildirib.