8 Dekabr 2025 19:51
1 974
Slovakiya Qarabağda yeni “ağıllı şəhər”in tikintisi kimi böyük bir layihədə iştirak edir.
APA-nın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.
Slovakiya Prezidenti bildirib ki, müasir texnologiyalar sahəsində gələcək əməkdaşlıq üzərində birgə işləməyə hazırdırlar: “Slovakiyanın digər texnologiya şirkətləri Azərbaycan bazarına girməyə hazırdırlar. Biz qətiyyətlə bildiririk ki, ixrac-idxal bankımız bu investisiyaları maliyyələşdirməyə hazır olacaq və Azərbaycan tərəfi ilə əməkdaşlıq Slovakiya investisiyalarında daha böyük inkişafa səbəb olacaq”.
1 Aprel 17:56
1 316
1 Aprel 17:55
1 302
1 Aprel 16:34
4 053