15:45
574
Çərşənbə axşamı, dekabrın 9-da geomaqnit şəraiti xeyli pisləşəcək. G2.7 maqnit fırtınasının Yerə dəymə ehtimalı 96% təşkil edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib.
Proqnoza görə, Yerin maqnitosferi bütün çərşənbə axşamı, dekabrın 9-u ərzində maqnit qasırğası vəziyyətində olacaq. Ən gərgin dövr saat 09:00-dan 18:00-a kimi gözlənilir. Bu müddət ərzində pozğunluq səviyyəsi demək olar ki, G3 indeksinə (güclü) çatacaq.
Bundan əlavə, ertəsi gün, dekabrın 10-da təxminən 70% ehtimalı ilə G1 sinfinə aid maqnit qasırğası proqnozlaşdırılır. Onun təsiri saat 03:00-dan 12:00-a qədər ola bilər.
Məryəm Quliyeva