Prezident: Azərbaycanda kifayət qədər böyük enerji potensialı var
Prezident İlham Əliyev Peter Pelleqrinini Azərbaycana rəsmi səfərə dəvət edib
Prezident: Slovakiya və onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq
Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir
18:25
567
Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
APA-nın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.












