17:11
840
Macarıstan və Türkiyə Ukraynanın Qara dənizdəki tankerlərə və Rusiyadan gələn boru kəmərlərinə hücumunu pisləyir.
Xalqcebhesi.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto İstanbulda türkiyəli həmkarı Hakan Fidan ilə görüşdən sonra bu barədə açıqlama verib.
“Biz Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sona çatması üçün birlikdəyik və istər Rusiyadakı neft boru kəmərləri, istərsə də Qara dənizdəki tankerlər olsun, enerji nəqli marşrutlarına edilən hücumları pisləyirik”, - Siyarto sosial mediada yazıb.
O, həmçinin qeyd edib ki, Macarıstan qazının əsas hissəsini Rusiyadan “Türk axını” boru kəməri və Bolqarıstan və Serbiyadan keçən qolları vasitəsilə alır. Onun sözlərinə görə, Türkiyə etibarlı və dürüst tranzit tərəfdaşıdır.
Məryəm Quliyeva