

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycana qarşı kiber hücumlar dayanmadan, daimi olur, biz bu kiberhücumları hər gün müşahidə edirik.
“APA-Economic” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
T.Məmmədov deyib ki, bunların həcminin artıb azalması müəyyən dövrlərdə müşahidə olunur: "Amma normalda, DDoS hücumlarını biz gündəlik müşahidə edirik. Eyni zamanda, müəyyən fişinq hücumları olsun, elektron poçt üzərindən həyata keçirilən və ya bu günlərdə daha çox danışılan teleqram üzərindən vətəndaşların yoluxdurulması və ya məlumatların ələ keçilməsi üzrə həyata keçilmiş kiber əməliyyatları misal göstərə bilərik. Bunların hər biri tərəfimizdən daima monitorinq olunur və daha əhəmiyyətli kiber hücumlar müşahidə olunanda onlara xüsusi qruplar ayırılaraq onların araşdırılması, tətqiqi həyata keçirilir və təbii ki, əldə edilmiş nəticələrdə müəyyən qurumlarla bölüşdürülməklə bu kiber hücumu təşkil edən tərəflərin aşkarlanması və sair istiqamətində fəaliyyət həyata keçirilir".