Azərbaycan millisi İslandiya ilə oyunöncəsi son məşqinə çıxıb İdman

Azərbaycan millisi İslandiya ilə oyunöncəsi son məşqinə çıxıb

Azərbaycan milli komandası İslandiya ilə sabahkı oyun ərəfəsində Reykyavik şəhərindəki "Lauqardalsvöllur"da son məşqinə çıxıb.

"Report"un İslandiyaya ezam olunan əməkdaşı xəbər verir ki, yerli vaxtla 18:30-da başlayan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Qeyd edək ki, sentyabrın 5-də reallaşacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.