

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Əfqanıstanın şərqində 2000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) baş verən 5,6 bal gücündə zəlzələnin episentrinin Nangerhar əyalətinin paytaxtı Cəlalabaddan 14 kilometr şərqdə olduğunu açıqlayıb.
10 kilometr dərinlikdə olan zəlzələnin dəymiş ziyanı barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, avqustun 31-də bazar günü gecə ölkənin şərqində Pakistanla sərhəddə baş verən 6 bal gücündə zəlzələdən ən çox zərər çəkən Kunar əyaləti olub. Zəlzələ nəticəsində 2205 nəfərin öldüyü, 3640 nəfərin yaralandığı bildirilib.
Daha sonra USGS həmçinin sentyabrın 2-də Cəlalabaddan 34 kilometr şimal-şərqdə 5,2 bal gücündə zəlzələnin baş verdiyini qeyd edib.