
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
ABŞ Prezidenti Donald Tramp hazırda Ukrayna Prezidenti Volodimir Zelenski və "İstəkli Ölkələr Koalisiyası"nın liderləri ilə video-konfrans keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Axios jurnalisti Barak Ravid sosial şəbəkədə məlumat verib.
Görüş Parisdəki Elysee Sarayında keçirilən "İstəkli Ölkələr Koalisiyası"nın toplantısının bir hissəsidir. Fransanın Prezidenti Emmanuel Makron, Zelenski, Almaniyanın Kansleri Fridrix Mertz və digər Aİ liderləri görüşdə iştirak edirlər. Ümumilikdə 39 ölkənin nümayəndələri ya şəxsən, ya da onlayn rejimdə toplantıda yer alır.
The New York Times qəzetinin məlumatına görə, görüşdə əsasən Ukraynadakı münaqişənin həlli və Avropadan hərbçilərin Ukraynaya göndərilməsi müzakirə olunacaq. Almaniya, Ukrayna hərbçilərini təlim edən öz qoşunlarının bir hissəsini Polşaya göndərməyi nəzərdən keçirir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen, "İstəkli Ölkələr Koalisiyası"nın toplantısının üç əsas məqsədini müəyyən edib: Ukraynanı "dəmir tülkü"yə çevirmək, ABŞ dəstəyi ilə Ukrayna üçün çoxmillətli qüvvələr yaratmaq və Avropanın müdafiə mövqeyini gücləndirmək.
Məryəm Quliyeva