Fond bazarlarında əsas indekslərdə artım müşahidə edilib İqtisadiyyat

Fond bazarlarında əsas indekslərdə artım müşahidə edilib

Sentyabrın 4-də ABŞ və Avropa birjalarında əsas indekslərdə artım müşahidə edilib.

"APA-Economics" xəbər verir ki, Dow Jones 0,77% artaraq 45 621,29 bənd olub. S&P 500 0,83% yüksələrək 6 502,08 bənd, Nasdaq Composite 0,98% artımla 21 707,69 bəndə, NYSE Composite 0,71% artaraq 21 157,93 bəndə və S&P/TSX Composite isə 0,57% artımla 28 915,89 bəndə çatıb.

Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 0,41% artaraq 5 346,71 bənd, FTSE 100 0,42% artaraq 9 216,87 bənd, DAX 0,74% artaraq 23 770,33 bənd olub. IBEX 35 də 0,87% artaraq 14 918,30 bəndə yüksəlib. Yeganə geriləmə CAC 40-da qeydə alınıb – indeks 0,27% azalaraq 7 698,92 bənd təşkil edib.

Birjalardakı artıma əsasən texnologiya və enerji şirkətlərinin səhmlərinə marağın yüksəlməsi, həmçinin ABŞ-da iqtisadi artım və istehlakçı xərcləri ilə bağlı müsbət gözləntilər səbəb olub. Avropada isə inflyasiya təzyiqlərinin nisbətən zəifləməsi və faiz dərəcələrinin sabit qalacağına dair proqnozlar indeksləri dəstəkləyib.