

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilk növbədə problemlərin aradan qaldırılması istiqamətində görülən işlərə münasibətini bildirməlidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Rusiya-Azərbaycan münasibətlərində gərginliyin səbəbləri
Deputat deyib ki, Mariya Zaxarova “Azərbaycanın həbsdə saxladığı 13 Rusiya vətəndaşının azadlığa buraxılması münasibətlərin yaxşılaşması istiqamətində mühüm addım ola bilər” kimi bəyanat vermək əvəzinə iki ölkə arasında münasibətləri gərginliyə aparan hadisələrin əvvəlki nöqtəsinə qayıdıb problemlərin aradan qaldırılması istiqamətində görülən işlərə münasibətini bildirməlidir: “Burda AZAL təyyarəsinin vurulması ilə bağlı edilməli prosedurları, Yeketerinburq olayları, azərbaycanlılara qarşı aparılan elan olunmamış müharibə və digər məsələləri qeyd etmək olar. Rusiya tərəfi faktiki olaraq şərt irəli sürür, amma problemin kökünə baxmaq lazımdır. Rusiyada azərbaycanlılara qarşı basqı və deportasiyalar, bizneslərinin əlindən alınması davam edir. Qeyd edilən istiqamətlərdə əsas rolu Rusiya Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi oynayır”.
Rusiyanın Azərbaycana qarşı qərəzli münasibəti
Azər Badamov qeyd edib ki, Azərbaycan Rusiya və bütün qonşularla ikitərəfli münasibətlərini qoruyub inkişaf etdirilməsini hər zaman dəstəkləyir: “Amma ikitərəfli münasibətlər ölkələrin suverenliyinə əsaslanmalı və qarşılıqlı hörmət və fayda əsasında davam etməlidir. Bir tərəfdən özünü üstün tutmaqla təzyiq göstərmək siyasətini Azərbaycan qəbul etmir. Azərbaycanla Rusiya arasında son illə ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edirdi. Hətta 22 fevral 2022-ci ildə iki ölkə arasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti “haqqında Bəyannamə” də imzalanıb. Amma Rusiyanın Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibəti iki ölkə arasında münasibətlərdə çatlar yaratdı”.
Çıxış yolu
Deputat vurğulayıb ki, münasibətlərin yenidən normal məcraya qayıtması üçün siyasi təzyiq, qərəz və nifrət nümayişi vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu diplomatiya, yüksək səviyyəli rəsmi danışıqlar və problemlərin həlli üçün razılaşmaların əldə olunmasındadır”.