Braziliyalı qapıçı sinəsi ilə penaltini qaytarandan sonra ölüb İdman

Braziliyalı qapıçı sinəsi ilə penaltini qaytarandan sonra ölüb

Braziliyalı qapıçı Pikse futzal üzrə həvəskarlar arasında keçirilən turnirdə penalti zərbəsini sinəsi ilə qaytarandan sonra ölüb.

"Report" xəbər verir ki, bu barədə "CNN Brazil" telekanalı məlumat yayıb.

Qapıçı zərbəni dəf edib və komanda yoldaşları ilə sevincini bölüşmək üçün qaçıb, sonra yıxılıb. Pikse xəstəxanaya çatdırılsa da, həkimlər idmançını xilas edə bilməyiblər.

Ölümün səbəbi hələlik açıqlanmayıb.