İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
3 Oktyabr 2025 19:17
3 003
Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb.
Bu barədə Xalqcebhesi.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində quraşdırılan qurğuların piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaratdığı müəyyən olunub", - məlumatda deyilir.
Bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həmin dibçəklər və günlüklər yığışdırılıb, səkilər əvvəlki vəziyyətinə qaytarılıb.