“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
31 May 11:37
2 527
Mayın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsən, Astarada 8, Göygöl , Sarıbaşda (Qax) 7, Gədəbəy, Şahdağda 6, Xızıda 5, Culfa, Naftalan, Lənkəranda 4, Şahbuz, Qubada 3, Balakən, Zaqatala, Qəbələ,Tərtər, İmişlidə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər, Qubadlıda 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 24, Mingəçevirdə 22, Şahdağda 20 m/s-dək güclənib.
Mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşüb.