Nadir Məmmədli: Azərbaycan dilinin tərcümə alqoritmləri yaradılmalıdır Hadisə

Nadir Məmmədli: Azərbaycan dilinin tərcümə alqoritmləri yaradılmalıdır

"Azərbaycan dilinin tərcümə alqoritmləri yaradılmalıdır".

APA xəbər verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

O bildirib ki, əcnəbi dillərdən sözlər mənimsəmək əvəzinə türkdilli xalqlardan lazımlı kəlmələri götürək: “Bundan əlavə, rəsmi üslubumuzun vəziyyəti yaxşılaşdırılmalıdır. Həmçinin Azərbaycan dilinin tarixi yeni əsaslarla hazırlanmalıdır. Artıq biz bunun birinci cildini hazırlamışıq. Hazırda əlimizin altında 2 yüz 20 min söz var. Dilimizə analoqu olmayan sözlər əlavə edilməlidir".