11:49
476
İran, Rusiya və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin 50-yə yaxın vətəndaşı ABŞ-dan deportasiya edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti İran rəsmilərinə istinadən məlumat yayıb.
Təyyarə bazar günü, 7 dekabrda Arizonadan yola düşüb. İranlıları deportasiya etmək üçün həyata keçirilən çarter reysi tarixdə ikinci olub. İlk uçuş bu ilin sentyabrında həyata keçirilib.
İran rəsmisi bildirib ki, ərəb və Rusiya vətəndaşları Misirin Qahirə şəhərinə eniş etdikdən sonra təyyarədən enəcəklər, daha sonra isə iranlılar Tehrana uçuş üçün Küveytə gedəcəklər.
Məryəm Quliyeva