İsa Həbibbəyli: Tarix İnstitutunda dünya arxivlərindən əldə edilmiş xəritələrin atlası hazırlanır Hadisə

İsa Həbibbəyli: Tarix İnstitutunda dünya arxivlərindən əldə edilmiş xəritələrin atlası hazırlanır

"Tarix İnstitutunda dünya arxivlərindən əldə edilmiş xəritələrin atlası hazırlanır".

AMEA-nın prezidenti, akademik, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Bizim Sovet dövründən əvvəlki dövrü əhatə edən xəritələrimiz Azərbaycan toponimlərinin dilçiliyə, coğrafiyaya, milli kimliyimizə aid olan toponimlərimizin yayılma arealının coğrafiyasının nə qədər geniş olduğunu bir daha meydana qoya biləcək. Əlbəttə, AMEA-dakı tarixi nitqin müddəaları içərisində Azərbaycan dilinə aid olan fikirlər, çağırışlar xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev tərəfindən aparılan ana dili siyasəti bu gün cənab Prezident tərəfindən həm ana dili, həm də dövlət dili səviyyəsində davam etdirilir”, - o qeyd edib.