Şahin Bağırov: Bu il 1,6 tondan çox narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb
Paşinyan kilsələrdə liturgiyadan əvvəl Ermənistan himninin səsləndirilməsini təklif edib
Prezidentin köməkçisi: Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb
10:05
385
Bir neçə həftə əvvəl qeyd etdiyim kimi, Avropada Rusiya ilə NATO ölkələri arasında müharibə ehtimalı mövcuddur. Yeri gəlmişkən, Rusiya prezidenti mətbuatın suallarını cavablandırarkən bunu təsdiqləyib. Fikrimcə,
2021-ci ildə NATO-nun 1997-ci il sərhədlərinin bərpasını nəzərdə tutan
ABŞ-Rusiya danışıqlarında
Rusiyanın ultimatumunun müzakirəsi davam edir.
Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib
O, qeyd edib ki, 1997-ci ildən sonra NATO-ya daxil olan ölkələr Rusiyadan potensial təhlükə hiss edir və fərqli mövqe tuturlar. Diametral şəkildə əks mövqelərə misal olaraq müharibəyə hazırlaşmaq üçün silahlanmağı müdafiə edən Estoniya və Moskva ilə kompromis və razılaşmaya hazır olan Macarıstanı göstərmək olar:
"Bunu noyabrda açıqlanan ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası dolayısı ilə təsdiqləyir və digər məsələlərlə yanaşı, ABŞ-ın NATO-nu genişləndirməyi planlaşdırmadığını və təhlükəsizlik məsələlərinin Avropa ölkələri tərəfindən müstəqil şəkildə maliyyələşdirilməsini qeyd edir.
Ola bilsin ki, Avropa ölkələrinin təhlükəsizliyinə dair danışıqlar ABŞ-Rusiya danışıqlarının dörd paketindən biridir".
Cavid