
Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Büdcədənkənar vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.
Sistemdən istifadə etmək üçün istifadəçilər tərəfindən aşağıda qeyd olunan xidmətlər üzrə hər müraciətə görə aşağıda qeyd olunan məbləğlərdə istifadə haqqı ödənilir:
|
Sıra №-si |
İstifadə növü |
Məbləğ (manatla) |
|
1 |
2 |
3 |
|
2.1.1. |
Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması |
10 |
|
2.1.2. |
Orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin elektron formada yaradılması |
5 |
|
2.1.3. |
Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannamələrinin elektron formada yaradılması |
ödənişsiz |
|
2.1.4. |
Malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması |
10 |
|
2.1.5. |
Xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarların elektron formada yaradılması |
20 |
|
2.1.6. |
İnspeksiya orqanının rəyinin elektron formada yaradılması |
50 |
|
2.1.7. |
Sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin elektron formada yaradılması |
1 |
|
2.1.8. |
Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin elektron formada yaradılması |
ödənişsiz |
|
2.1.9. |
Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin elektron formada yaradılması |
1 |
|
2.1.10. |
Ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) elektron formada yaradılması |
1.50 |
|
2.1.11. |
Yararsızlıq haqqında bildirişlərin yaradılması |
ödənişsiz |
Qeyd edilən xidmətlər üzrə müraciət edən və imtina alan şəxslər təkrar eyni predmet üzrə eyni növ müraciət etdikdə ondan ikinci dəfə istifadə haqqının ödənilməsi tələb olunmur. İstifadəçilər tərəfindən Sistem vasitəsilə məlumatların alınması ödənişsiz qaydada həyata keçirilir.