Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
17 Dekabr 2025 17:52
2 128
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb.
APA-nın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 22 yaşlı E.Yusifov müəyyən olunaraq saxlanılıb.
Məhəmmədi qəsəbəsində keçirilən digər tədbir zamanı isə marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 40 yaşlı İ.Nadirov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.