15:46
574
Qaxda yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Hadisə nəticəsində piyada və sürücü xəsarət alıb.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.