Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxılıb Hadisə

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxılıb

Dələduzluq etməkdə təqsirləndirilən Nurəli Məmmədov barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət qismən təmin edilib.

Nurəli Məmmədov barəsində olan 5 il həbs cəzası 3 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənib.

Qeyd edək ki, Nurəli Məmmədov cinayət işinə “xitam” veriləcəyi vədi ilə bağlı 150 min manat pul alıb. İş alınmadıqdan sonra Nurəli Məmmədoov zərərçəkmişə 110 min manat qaytarıb. 40 min manatı qaytarmadıqda vətəndaşın şikayəti əsasında Nurəli Məmmədov barəsində cinayət işi açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.