İspaniya Azərbaycanla Ermənistan arasında əldə olunmuş irəliləyişləri müsbət qarşılayır
Laçın şəhərindəki orta məktəbdə 173 şagird təhsil alır, 19 müəllim çalışır
“Valideynlər yeniyetmələrin cəmiyyətinə nəzarət etməlidirlər”
Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var
10:18
1 085
Füzulidə 16 kiloqram narkotik vasitə dövriyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.
Onladan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.