İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
29 Yanvar 12:12
1 771
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görülüb.
Biznes Mərkəzinin təşkil etdiyi "İlin qala gecəsi"ndə mükafat rəsmi şəkildə Vüqar Oruca təqdim olunub. Tədbirdə iqtisadiyyat, biznes və maliyyə sahəsində tanınmış nümayəndələr, ekspertlər və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, Vüqar Oruc uzun illərdir iqtisadiyyat və qiymətləndirmə sahəsində fəaliyyət göstərir. O, daşınmaz əmlakın qiymətləndirilməsi, investisiya mühiti, bazar təhlilləri və iqtisadi proseslərin şərhi üzrə ixtisaslaşmış mütəxəssisdir. Vüqar Oruc eyni zamanda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti kimi sektorda peşəkar standartların formalaşdırılması, qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görür.
Onun rəhbərliyi dövründə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq əlaqələrin genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimai maarifləndirmə sahəsində fəal mövqe nümayiş etdirib. Vüqar Oruc mütəmadi olaraq mediada iqtisadi proseslərlə bağlı ekspert rəyləri ilə çıxış edir, aktual mövzulara dair analitik mövqeyi ilə tanınır.
Cavid
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344