“Rusiya faktoru Ermənistanın suverenliyinə təhdiddir”
17 Fevral 22:09
17 Fevral 22:09
17 Fevral 21:52
17 Fevral 18:14
17 Fevral 18:11
AMEA Prezidenti: Azərbaycan dilinin orfoepiya lüğəti ilin sonunadək çap edilə bilər
Starmer və Tramp Cenevrədə keçirilən danışıqları müzakirə ediblər
ADY: Naxçıvanda dəmir yollarının bərpası üzrə birinci mərhələ icra olunur
Estoniyanın XİN rəhbəri NATO-nun ölkədə nüvə silahı yerləşdirməsini istisna etmədi
10:22
658
Paytaxtın Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11000 manat oğurlanıb.
APA DİN-ə istinadən xəbər verir ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə “ayıq sürücü” xidməti göstərdiyini bildirirək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.
Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev də müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.