16 Aprel 08:18
2 352
Sabirabadda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirlib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.
Piyada ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Piyada aldığı xəsarətlərdən səhər saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.
20:48
336
12:59
1 141
12:45
1 008