Tramp İrana təşəkkür etdi
17 Aprel 17:29
17 Aprel 17:29
17 Aprel 11:20
16 Aprel 11:06
1 218
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının və süni intellektin rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, həmçinin Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və İnformasiya Texnologiyaları İnstitutunun elmi işçiləri iştirak ediblər.
Çıxış edənlər müasir dövrdə informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafının sərhəd təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulamış, bu sahədə qabaqcıl təcrübələrin tətbiqinin vacibliyini diqqətə çatdırıblar.
Eyni zamanda, innovativ texnologiyaların sərhəd mühafizəsində operativliyin artırılması, risklərin vaxtında müəyyən edilməsi və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi baxımından geniş imkanlar yaratdığı qeyd olunub.
Seminar çərçivəsində mövzu üzrə təqdimatlar dinlənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Xüsusi Məktəbin kursantlarının musiqili çıxışı dinlənilmiş, onların informasiya texnologiyaları və süni intellektlə bağlı hazırladıqları video təqdimatlar nümayiş olunub.
Tədbirin sonunda qonaqlar xüsusi təyinatlı hərbi təhsil müəssisəsində yaradılmış şərait, maddi-texniki baza və tədris prosesi ilə yaxından tanış olmuş, görülən işləri yüksək qiymətləndirib.
Cavid
17 Aprel 18:29
1 330
17 Aprel 16:50
1 400
17 Aprel 15:33
1 505


