Tramp İrana təşəkkür etdi
17 Aprel 17:29
17 Aprel 17:29
17 Aprel 11:20
16 Aprel 08:55
1 365
ABŞ Silahlı Qüvvələri bu ilin sonunda uzaq mənzilli hiper səsli raketlərdən ibarət ikinci LRHW (Long-Range Hypersonic Weapon, həmçinin "Dark Eagle" kimi tanınır) batareyasını silahlanmaya qəbul etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ ordusunun qərargah rəisinin müavini general Kristofer Laniv məlumat verib.
"2024-cü ilin dekabrındakı uğurlu kompleks uçuş sınaqlarından sonra, Vaşinqton ştatındakı Lyuis-Makkord bazasında döyüş sursatları ilə təchiz edilmiş birinci batareyanın yerləşdirilməsi 2026-cı ilin əvvəlində başa çatdı. İkinci batareyanın yerləşdirilməsi isə 2026-cı ilin sonuna planlaşdırılır", — deyə o, Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
LRHW yerüstü raket kompleksidir. O, orta mənzilli daşıyıcı raketdən və onun üzərinə quraşdırılmış unifikasiya edilmiş CHGB hiper səsli planlaşdırıcı döyüş blokundan ibarətdir.
Məryəm Quliyeva
11:28
609
11:21
651
17 Aprel 19:39
1 442