“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
16 Aprel 10:20
1 722
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Təhlükəli yüklərin beynəlxalq daşınmasında yeniliklər” mövzusunda ustad dərsi təşkil olunub. Təlim Türkiyədə Təhlükəli Maddələrin Güvənliyi Mütəxəssisləri və Təşkilatları Birliyinin rəhbəri Murad Özçelik tərəfindən keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin əməkdaşları, Akademiyanın tələbələri və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d., dosent Elvin Əlirzayev mövzunun beynəlxalq daşımalar və gömrük sistemi üçün əhəmiyyətini vurğulayıb.
Təlim zamanı təhlükəli yüklərin təsnifatı, daşınma növləri üzrə xüsusiyyətlər, sənədləşmə və nişanlanma qaydaları, eləcə də ADR sazişinin tələbləri və Türkiyə qanunvericiliyi barədə ətraflı məlumat təqdim olunub. Dinləyicilərin sualları praktiki nümunələrlə cavablandırılıb.
Sonda çıxış edən Akademiyanın rəis müavini Anar Süleymanov keçirilən təlimin gömrük əməkdaşlarının təhlükəli yüklərin daşınması sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq təlimçi Murad Özçelikə təşəkkürnamə təqdim edib.
Cavid
19 May 20:33
1 071
19 May 18:46
1 148
19 May 18:45
1 176
