Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
17 Aprel 12:48
2 975
İsmayıllıda 31 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-ya verilən xəbərə görə, İsmayıllı rayon sakini 31 yaşlı Aygün Əzizova aprelin 2-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
A.Əzizovanın əlamətləri: boyu 167 sm, gözlərinin rəngi şabalıdı, saçları uzun qaradır. Evdən çıxan zaman əynində qara rəngli jilet və şalvar olub.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020 -285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
15 May 18:39
1 050
15 May 18:37
1 001
15 May 11:27
1 239