Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərində müvəqqəti qaz olmayacaq Hadisə

Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərində müvəqqəti qaz olmayacaq

Bu gün paytaxtın Qaradağ və Sabunçu rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 20.04.2026-cı il saat 10:00-dan etibarən Sahil qəsəbəsinin, eləcə də Zabrat-1 qəsəbəsinin Neftçilər və Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.