Qazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıb Hadisə

Qazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıb

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki Qazax rayon sakini 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.

Qəza zamanı minik avtomobilinin sürücü 2006-cı il təvəllüdlü R.Hacımahmudov, onun sərnişinləri 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan 2010-cu il təvəllüdlü G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə minik maşını toydan qayıdan zaman qəzaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Qazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıbQazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıbQazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıbQazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıbQazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıb