İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib Hadisə

İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri başqanı Əli Ərbaş ilə görüşüb.
Dövlət başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri başqanı təyin olunması münasibətilə təbrik edib və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.
Dövlət başçısı bu yaxınlarda İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırlayıb. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirib.
Əli Ərbaş isə Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd edib.
Söhbət zamanı Bakıda keçirilən "2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulanıb.