DTX-nın Hərbi Tibb Baş İdarəsində indiyədək 327 itkinin genetik-identifikasiyası həyata keçirilib Hadisə

DTX-nın Hərbi Tibb Baş İdarəsində indiyədək 327 itkinin genetik-identifikasiyası həyata keçirilib

"Münaqişədən uzun müddət keçib və aşkar edilmiş məzarlıqlardan götürülmüş sümük nümunələri xüsusilə ətraf mühit faktorları nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qalıb”.

Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin rəisi, tibb-xidməti generalı Rüfət Əliyev deyib.

O bildirib ki, DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır: “Mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub: “İndiyədək Hərbi Tibb Baş İdarəsində 327 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib”.