“Tərəflər arasında müharibənin dayandırılması ilə bağlı konkret razılıq yoxdur”
Safi Arpaquş: Türk dövlətləri dini sahədə koordinasiyanı gücləndirməlidir
Əhməd əl-Şaraa: İsrailin məqsədi Suriyanın ərazi bütövlüyünü pozmaq və xaos yaratmaqdır
TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
11:46
595
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı kursantlar sərhəd mühafizə bölmələrində olmuş, sərhədçilərin xidməti fəaliyyəti, müasir texniki vasitələrdən istifadə imkanları, şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə yaxından tanış olublar. Onlara dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, müasir sərhəd mühafizəsi sistemləri, eləcə də bu sahədə tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində kursantlar qısa müddət ərzində bölgədə inşa edilmiş yeni yaşayış məntəqələri, müasir avtomobil yolları, körpülər, inzibati binalar, sosial infrastruktur obyektləri və digər mühüm layihələrlə tanış olublar.
Şuşanın zəngin tarixi-mədəni irsi, Füzuli və Xankəndidə yaradılmış müasir infrastruktur, Zəngilan və Cəbrayıl rayonlarında həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Qubadlı rayonunda aparılan abadlıq və yenidənqurma işləri kursantlarda xüsusi maraq doğurub.
Kursantlar ekskursiya zamanı apardıqları müşahidələrin onlarda böyük qürur hissi yaratdığını ifadə etmiş, gələcəkdə Vətənə, xalqa və Ali Baş Komandana şərəflə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəklərinə əminliklərini ifadə ediblər.
Səfər çərçivəsində kursantların ziyarət etdikləri şəhər və rayonlarda xatirə fotoşəkilləri çəkilib.
Cavid

