Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib Hadisə

Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində müasir hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərin şəxsi heyətin peşəkarlığının artırılmasına, onların sosial rifahının yaxşılaşdırılmasına və xidmət fəaliyyətinin daha səmərəli təşkilinə mühüm töhfə verdiyini vurğulamışlar.

Bildirilmişdir ki, Sürücülük Mərkəzində inzibati və tədris binaları müasir standartlara uyğun yenidən qurulmuş, sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün zəruri tədris bazası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və nəqliyyat vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə verilmişdir.

Mərkəzdə yaradılan müasir infrastruktur təlim prosesinin səmərəliliyinin artırılmasına, sürücülərin peşə hazırlığının daha yüksək səviyyədə təşkilinə və Dövlət Sərhəd Xidmətinin nəqliyyat təminatı imkanlarının gücləndirilməsinə xidmət edəcəkdir.

Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzdə yaradılmış şəraitlə tanış olmuş, müasir qərargah binası, sürücülərin nəzəri-praktiki hazırlığının təşkilində zəruri infrastruktur, geniş və tam təchiz olunmuş tədris sinifləri, yataqxana, yeməkxana, eləcə də zabit evlərinə baxış keçirmişdir.

Cavid