15:02
238
Fələstinin HƏMAS hərəkatı tam tərksilah olunana qədər Qəzza zolağının bərpasına başlanılmayacaq.
Netanyahu: HƏMAS tərksilah olunmayana qədər Qəzzanın bərpası başlamayacaq
xəbər verir ki, bunu cümə axşamı İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
"İsrail açıq şəkildə bildirdi ki, HƏMAS tamamilə tərksilah edilməyənə qədər bölgədə heç bir bərpa işi aparılmayacaq", - deyə Baş nazirin dəftərxanasının yaydığı qısa bəyanatda vurğulanır.
Sənəddə həmçinin təhlükəsizliyin təmin edilməsi üçün bu Fələstin ərazisinə beynəlxalq qüvvələrin yeridilməsinin zəruriliyi qeyd olunur, lakin İsrail hakimiyyətinin onların yerləşdirilməsini hələ təsdiqləmədiyi bildirilir.
KİV-in məlumatına görə, İsrailin təxminən üç ildir davam edən hücumları nəticəsində Qəzza zolağının infrastrukturunun təxminən 80%-i zədələnib və ya dağıdılıb, 2 milyonluq yerli əhalinin əksəriyyəti isə hələ də ağır sanitariya şəraitində, çadırlarda və ya müvəqqəti sığınacaqlarda yaşamağa davam edir.
Məryəm Quliyeva