15:04
245
2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib.
Bu barədə MÜTDA-dan məlumat verilib.
Qeyd olunub ki, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.
Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.