Azərbaycanın beynəlxalq təşkilatlarda diplomatik zəfərləri: Uğurlu xarici siyasət kursu - TƏHLİL
AYİB-in manatla buraxdığı istiqrazlar üzrə kupon ödənişi ediləcək
Paytaxtda 7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
15:14
588
Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb.
FHN-in mətbuat xidmətindən verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
14:40
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12:02
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 10 radələrində Göyçay rayonunda “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. Daha sonra avtomobil su kanalına düşüb. Hazırda maşının kanaldan çıxarılması istiqamətində tədbirlər görülür.