17:09
371_(1).png)
Satınalma proseslərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət də satınalma sisteminin mühüm elementidir.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev Şamaxıda keçirilən “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu prosesdə iştirak edən hər bir tərəfin funksiyası qanunvericiliklə müəyyən edilir:
“Dövlət satınalan təşkilatlarısatınalma prosesini həyata keçirir, sahibkarlar təkliflərini təqdim edir, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə dövlət satınalmaları sisteminin tənzimlənməsi, metodoloji dəstəyin göstərilməsi, monitorinq və nəzarət funksiyalarını həyata keçirir”.
O qeyd edib ki, bu funksiyaların icrası çərçivəsində dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində də tədbirlər görülüb:
“I yarımildə müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1144 yekun protokol ləğv edilib”.
Mirzə Mirzəyev əlavə edib ki, dövlət satınalmalarının vahid internet portalının (https://etender.gov.az/) funksional imkanlarının genişləndirilməsi və satınalma ekosisteminin operativ və səmərəli təşkili istiqamətində praktiki addımlar atılıb:
“Artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa portal üzərindən formalaşdırılır. Bu yanaşma hüquqi və texniki şərtlərin daha dəqiq müəyyənləşdirilməsinə və satınalma prosesinin növbəti mərhələlərinin daha sistemli təşkilinə imkan verir.
Elektronlaşma istiqamətində atılan digər mühüm addım müxtəlif dövlət informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsidir. “E-tender.gov.az” portalı ilə Rəqəmsal dövlət maliyyəsi sisteminin (https://rdmis.gov.az/) “e-müqavilə” altsistemi arasında həyata keçirilmiş inteqrasiya da bu baxımdan mühüm əhəmiyyətə malikdir. İnteqrasiya yekunlaşmış satınalmalar üzrə müqavilə və təklif məlumatlarının “e-müqavilə” altsisteminə ötürülməsini və həmin sistem üzərindən imzalanmasını əhatə edir. İmzalanmış müqavilə barədə məlumatlar isə yenidən dövlət satınalmalarının vahid internet portalına ötürülür. Beləliklə, satınalma prosesinin müxtəlif mərhələləri arasında məlumat mübadiləsinin daha operativ və sistemli şəkildə həyata keçirilməsi təmin olunur”.