7 ayda fiziki şəxslər tərəfindən Azərbaycana 858,2 mln. dollarlıq məhsul idxal edilib Hadisə

7 ayda fiziki şəxslər tərəfindən Azərbaycana 858,2 mln. dollarlıq məhsul idxal edilib

Bu ilin yanvar- iyul aylarında Azərbaycana 9 milyard 880.71 milyon ABŞ dolları həcmində məhsul idxal edilib.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 8,34% (823,8 mln. dollar), özəl sektorun payı 82,98% (8 mlrd. 199 mln. dollar), fiziki şəxslərin payı isə 8,68% (858,2 mln. dollar) təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında dövlət sektorunun ixracı 10,5 milyard ABŞ dolları, özəl sektorun ixracı 8,8 milyard ABŞ dolları, fiziki şəxslərin ixracı isə 57,6 milyon ABŞ dolları təşkil edib.