İran XİN: ABŞ və İsrailə görə Omanla Hörmüz danışıqları uzanır Dünya

İran XİN: ABŞ və İsrailə görə Omanla Hörmüz danışıqları uzanır

İran və Oman arasında Hörmüz boğazında təhlükəsizlik sazişinin əldə olunması üzrə danışıqlar prosesi ABŞ, İsrailin əməlləri və prosesə müdaxilə cəhdləri səbəbindən uzanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edib.

​"Omanla dəniz gəmiçiliyinin yol xəritəsinin hazırlanması ABŞ və sionist rejiminin əməllərinin yaratdığı təhlükəsizlik mürəkkəblikləri, iştirakçıların çoxluğu və destruktiv qüvvələrin təxribatları səbəbindən ləngiyib", — deyə o, mətbuat konfransında bildirib.

​Bəqainin sözlərinə görə, Tehran və Maskat "iki sahilyanı dövlətin hüquqlarına riayət olunmasını təmin edən və ticarət gəmilərinin təhlükəsiz keçidinə zəmanət verən" mexanizmin yaradılmasına çalışırlar.

Məryəm Quliyeva