Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib Siyasət

Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

Prezident İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşü çərçivəsində Azərbaycan liderinə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.

Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

Prezident İlham Əliyevə vəsiqəni Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev təqdim edib.