7 ayda fiziki şəxslər tərəfindən Azərbaycana 858,2 mln. dollarlıq məhsul idxal edilib
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşəcək
11:43
392
İndoneziyanın cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 53-ə çatıb, 137 nəfər isə xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tempo" portalı ölkənin Fəlakətlərin Nəticələrinin Azaldılması üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.
Agentliyin Fövqəladə Hallar üzrə Məlumat, İnformasiya və Əlaqələndirmə Mərkəzinin rəhbəri vəzifəsini icra edən Berton Pancaitan bildirib ki, təbii fəlakət nəticəsində 2,4 min evə ziyan dəyib, bunlardan 1,5 mininə ciddi zərər dəyib. Təxliyə məntəqələrində 5 488 nəfər yerləşdirilib, daha 171 nəfər isə müstəqil şəkildə təxliyə olunub.
Qurum rəsmisi həmçinin avqustun 15-də Şərqi Nusa Tenqara əyalətində baş verən zəlzələ nəticəsində "87 təhsil müəssisəsi, 50 dini obyekt, 76 dövlət müəssisəsi və müxtəlif digər ictimai obyektlərin" zərər gördüyünü diqqətə çatdırıb.
İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinin rəhbəri Teuku Feysal Fatani zəlzələdən sonra 1,5 mindən çox təkrar təkanın (afterşok) qeydə alındığını bildirib:
"Bu gün səhər saat 07:00 radələrinə olan məlumata görə, 1 598 afterşok qeydə alınıb. Ən güclü təkanın böyüklüyü 6,2, ən zəifinin isə 1,3 bal təşkil edib", — deyə "Voice of Indonesia" portalı onun sözlərini sitat gətirir.
Qeyd olunub ki, təkanlardan 54-ü əhali tərəfindən hiss edilib.
Məryəm Quliyeva