7 ayda fiziki şəxslər tərəfindən Azərbaycana 858,2 mln. dollarlıq məhsul idxal edilib
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşəcək
11:59
315
“Ərdoğanın “Aİ-yə üzvlük Türkiyənin prioriteti deyil” açıqlamasını Türkiyənin Avropa ilə münasibətlərdən imtina etməsi kimi deyil, Ankaranın münasibətlərdə daha bərabər və qarşılıqlı faydaya əsaslanan model tələb etməsi kimi qiymətləndirmək lazımdır. Türkiyə uzun illər Avropa İttifaqına tamhüquqlu üzvlüyü strateji hədəf kimi təqdim edib. Lakin üzvlük prosesinin uzun müddətdir nəticəsiz qalması, siyasi maneələrin aradan qaldırılmaması və Avropanın Türkiyəyə yanaşmasındakı ikili standartlar Ankarada fərqli yanaşmanın formalaşmasına səbəb olub”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov qeyd edib.
T.İsmayılov əlavə edib ki, Ərdoğanın açıqlamasının əsas siyasi mesajı budur ki, Türkiyə artıq öz gələcəyini yalnız Aİ üzvlüyü perspektivi ilə əlaqələndirmir: “Ankara Avropa ilə iqtisadi, təhlükəsizlik və siyasi əməkdaşlığın davam etdirilməsini vacib hesab etsə də, bunun üçün mütləq üzvlük şərtinin olmadığını düşünür. Başqa sözlə, Türkiyə Avropaya alternativsiz tərəfdaş kimi deyil, öz regional və qlobal çəkisi olan müstəqil aktor kimi yanaşır. Bu mövqenin arxasında Türkiyənin son illərdə həyata keçirdiyi çoxvektorlu xarici siyasət də dayanır. Ankara Qafqazdan Yaxın Şərqə, Mərkəzi Asiyadan Afrikaya qədər müxtəlif coğrafiyalarda siyasi və iqtisadi əlaqələrini genişləndirir. Türkiyənin müdafiə sənayesi, enerji marşrutları, logistika imkanları və regional təhlükəsizlikdə artan rolu da onun danışıqlardakı çəkisini artırır. Buna görə Ankara Avropa ilə münasibətlərdə yalnız “üzvlük” məsələsinə fokuslanmağın öz strateji imkanlarını məhdudlaşdırdığını düşünür”.
Politoloq söyləyib ki, qarşıdakı dövrdə Türkiyə-Aİ münasibətlərinin əsasını üzvlükdən daha çox praktiki əməkdaşlıq təşkil edə bilər: “Ticarət, gömrük ittifaqının yenilənməsi, enerji təhlükəsizliyi, miqrasiya, müdafiə və texnologiya sahələrində tərəfdaşlıq hər iki tərəf üçün daha real nəticələr yarada bilər. Ərdoğanın mesajı da mahiyyət etibarilə budur: Türkiyə Avropaya inteqrasiyaya qarşı deyil, lakin Avropanın Türkiyəyə ehtiyacını da nəzərə alan yeni və daha bərabər münasibət modeli istəyir. Bu, Ankaranın özünü Avropanın kənarında dayanan namizəd deyil, Avropa ilə eyni masada müzakirə aparan müstəqil geosiyasi güc kimi təqdim etməsinin ifadəsidir”.
Röya İsrafilova