ABŞ-nin İrandakı toy mərasiminə zərbəsi: Yaralı sayı 68-ə çatdı Dünya

ABŞ-nin İrandakı toy mərasiminə zərbəsi: Yaralı sayı 68-ə çatdı

İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi məkana ABŞ-nin endirdiyi zərbə nəticəsində ən azı 68 nəfər xəsarət alıb, 5 nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi Qızıl Ayparanın nümayəndəsinə istinadən məlumat yayıb.

Xəsarət alanlar arasında çoxlu uşaqların olduğu, yaralıların Sirik və Minab xəstəxanalarına çatdırıldığı bildirilir.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bəyan etmişdi. "Press TV" telekanalının məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə baş verib.

Məryəm Quliyeva