Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
09:55
203
İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndəki ABŞ hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
"İran ordusunun onlarla pilotsuz uçuş aparatı BƏƏ-dəki Al-Dafra və Al-Minhad bazalarında radarlara və ABŞ qoşunlarının yerləşdiyi məntəqələrə zərbələr endirib. Bəhreyndəki Şeyx İsa bazasında yerləşən radar obyektləri və ABŞ ordusunun terrorçu qüvvələrinin toplanış mərkəzi yenidən PUA-ların kütləvi hücumuna məruz qalıb", — deyə press-relizdə qeyd olunur, mətni "Tasnim" agentliyi təqdim edib.
Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Əli əl-Salim aviabazasına zərbələr endirildiyini bildirib.
Məryəm Quliyeva