Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib Hadisə

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib və iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsinin müzakirə olunacağını, Fondun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirə və təsdiq ediləcəyini bildirib.
Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. Vüqar Səfərli ölkə başçısının 16 iyul 2018-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).
Gündəlikdə olan ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərli ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. O bildirib ki, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.
Sonra müsabiqənin ekspertlər tərəfindən müəyyənləşdirilmiş yekun nəticələri Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edilib. Şura üzvlərindən Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov keçirilmiş müsabiqənin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin yekun nəticələri səsə qoyularaq yekdilliklə təsdiq edilib
Fondun 22 iyul - Milli Mətbuatın yaranmasının 143 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə görə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti üzrə "Səs" İnformasiya Agentliyinin müxbiri Məhərrəmova Nailə İbrahim qızı 1-ci, "Trend" İnformasiya Agentliyinin müxbiri Güləliyev Samir İntiqam oğlu və "Paralel" qəzetinin şöbə müdiri Əsədli Röyal Telman oğlu 2- ci, "Yeni Azərbaycan" qəzetinin müxbiri İsmayılov Pərviz Saday oğlu, "Futbolxeber.az" saytının baş redaktoru Cəfərov İbrahim Elçin oğlu və "Qələbə" qəzetinin baş redaktoru Məlikov Rüstəm Sadıq oğlu 3-cü yeri tutublar.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə "525-ci qəzet"in redaktoru Həsənov İsgəndər Aqil oğlu 1-ci, "Xalq Cəbhəsi" qəzetinin müxbiri Şahverdiyev Cavid Nadir oğlu və "Polis" qəzetinin baş redaktoru Rəhimov Qalib Arif oğlu 2-ci "Bərdə" qəzetinin redaktoru Məmmədov Elbrus Şamil oğlu, "Mövqe" qəzetinin müxbiri Sarıyeva Qızılgül Elsevər qızı, "Şəmkir" qəzetinin redaktoru Qasımov İlyas Xurşud oğlu 3-cü yerin qalibi olublar. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqaməti üzrə "Publika.az" xəbər portalının müxbiri Nərimanlı Asif Cəlal oğlu 1-ci, "Kaspi" qəzetinin müxbiri Cəfərova Aygün Əzizağa qızı və "Mövqe" qəzetinin müxbiri Sultan Rüfət Nadir oğlu 2-ci, "Ekspress" qəzetinin müxbiri Məmmədova Aynurə Kamil qızı, "amia.az" saytının müxbiri İmamquliyeva Mətanət Həmid qızı, Azərbaycan" qəzetinin məsul redaktoru Cəfərov Zahid İlham oğlu 3-cü yerə layiq görülüblər.
İctimai və dövlət maraqlarının müdafiəsi istiqaməti üzrə "Lent.az" xəbər portalının müxbiri Rzayev Nizam Abdulbağı oğlu 1-ci, "Ekspress" qəzetinin müxbiri Aslan Aqil İsmayıl oğlu və "Şərq" qəzetinin müxbiri Rzayeva Məlahət Əli qızı 2-ci, "Palitra" qəzetinin şöbə müdiri Miriyev Anar Barat oğlu, "Həftə içi" qəzetinin redaktoru Əliyev Azad Akif oğlu, "Yeni Azərbaycan" qəzetinin müxbiri Qələndərov Nurlan Vəli oğlu 3-cü yerə layiq görülüblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə "Kaspiy" qəzetinin müxbiri Salah Şəfayət Fərrux oğlu 1-ci, "Xalq qəzeti"nin müxbiri Bayramov Vaqif Binyat oğlu və "Dönüş" qəzetinin baş redaktoru Allahyarov Mahir Cəlal oğlu 2-ci, "APA" İnformasiya Agentliyinin müxbiri Cürənov Ramiz Mikayıl oğlu, "Publika.az" İnformasiya Agentliyinin müxbiri Soltanova Könül Tarix qızı və "Ekspress" qəzetinin müxbiri Məmmədov Namiq Məmməd oğlu 3-cü yerin qalibi elan olunublar.
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə "İki sahil" qəzetinin müxbiri Məmmədov Əhməd Qurban oğlu 1-ci, "Yeni Azərbaycan" qəzetinin müxbiri Abdullayev Mübariz Əhməd oğlu və "525-ci qəzet"in müxbiri Abasov Ceyhun Abas oğlu 2-ci, "Şərq" qəzetinin redaktoru Abdullayev Ayyət Əhməd oğlu və "Ədalət" qəzetinin müxbiri Mahmudlu Sübhan İlqar oğlu 3-cü olublar.
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması istiqaməti üzrə "Şərq" qəzetinin redaktoru Abdullayev Anar Bayram oğlu 1-ci, "Palitra" qəzetinin müxbiri Abdullayeva Nigar Nizami qızı, "Yeni Müsavat" qəzetinin müxbiri Salmanova Nərgiz Allahverən qızı 2-ci, "Xalq qəzeti"nin müxbiri Əliyev Qabil Yusif oğlu, "İki sahil" qəzetinin müxbiri Şahməmmədov Taleh Engilis oğlu, "Səs" İnformasiya Agentliyinin şöbə müdiri Əyyubov Ceyhun Rasim oğlu 3-cü yerin qalibi elan ediliblər.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə "Xalq Cəbhəsi" qəzetinin müxbiri İmaməliyev Elçin Qalib oğlu 1-ci, "AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri Alışov Ceyhun Balabəy oğlu və "Lənkəran" qəzetinin müxbiri Babayev Ağaddin Abdulla oğlu 2-ci, "Xalq qəzeti"nin müxbiri Bədəlov Əliqismət Əjdər oğlu, "525-ci qəzet"in müxbiri Mahmudzadə Şəhanə Müşfiq qızı və "Yenicag.az MMC" nin müxbiri Zeynalov Araz Məhər oğlu 3-cü yeri tutublar. "Palitra" qəzetinin müxbiri Hüseynzadə Fuad Abı oğlu 1-ci, "AZƏRTAC" İnformasiya Agentliyinin redaksiya müdiri İbadov Suvar İnayət oğlu və "Futbol+Qol" qəzetinin müxbiri Salamov Səbuhi Nəsirbala oğlu 2-ci, "Fakt-Araşdırma Təhlil" Analitik İnformasiya Agentliyinin baş redaktoru Mustafayeva Xəyalə Süleyman qızı, "Hərbi and" qəzetinin müxbiri Mehdiyeva Ramilə Qardaşxan qızı və "Mövqe" qəzetinin müxbiri Novruzov Novruz İbrahim oğlu 3-cü yerə layiq görülüblər. "Zaqatala" qəzetinin redaktoru İbrahimov İbrahim Bəxtiyar oğlu 1-ci, "İki sahil" qəzetinin bölmə müdiri İsrafilov Orxan Vahid oğlu və "Lerik" qəzetinin redaktoru Sükürov İdris Muti oğlu 2-ci, "Xalq Cəbhəsi" qəzetinin redaktoru Zeynalov Mahir Həmzə oğlu, "İqtisadiyyat" qəzetinin bölgə müxbiri İlyasov Zülfü İbrahim oğlu və "Olaylar" qəzetinin müxbiri İsmayılbəyli Süleyman Nəbi oğlu 3-cü yeri tutublar.
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə "Respublika" qəzetinin məsul katibi Cəfərov Müşfiq Mirzə oğlu 1-ci, "İki sahil" qəzetinin müxbiri Əliyev Məhərrəm Ağalar oğlu və "Bakı-Xəbər" qəzetinin baş redaktor müavini Səfərova Samirə Məmmədhənifə qızı 2-ci, "Kaspi" qəzetinin müxbiri Əhmədova Aygün Asim qızı və "Paralel" qəzetinin müxbiri Bəşirova Şahnaz Saleh qızı 3-cü yerə layi görülüblər.
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqaməti üzrə "Lənkəran" qəzetinin baş redaktor müavini Əhmədov İltifat Məhərrəm oğlu 1-ci, "Xalq Cəbhəsi" qəzetinin müxbiri İbrahimov Əli Zülfüqar oğlu və "İlkxeber.org" saytının baş redaktoru Əhmədov Xanoğlan Əlhüseyn oğlu 2-ci, "Təzadlar" qəzetinin baş redaktoru Məmmədov Asif Millət oğlu, "Üç nöqtə" qəzetinin redaktoru Əfəndiyev Pünhan Şövkət oğlu və "Bizim Yol" qəzetinin müxbiri Məmmədova Gülnarə Əmir qızı 3-cü yerə layiq görülüblər.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə "Şirvan" qəzetinin baş redaktoru Məmmədova Könül Tarix qızı 1-ci, "Yeni Tərtər" qəzetinin baş redaktor müavini Bağırova Svetlana Bilal qızı, "APA" İnformasiya Agentliyinin müxbiri Zeynalov Cavid Aşur oğlu və "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru Hümmətov Aqşin Şahin oğlu 3-cü yerə layiq görülüblər.
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə "Həftə içi" qəzetinin müxbiri Tağıbəyli Vüsal Vaqif oğlu 1-ci, "Kaspi" qəzetinin müxbiri Mehdizadə Şəbnəm İsmixan qızı və "525-ci qəzet"in müxbiri Şükürov Cavid Qədir oğlu 2-ci, "Paralel" qəzetinin müxbiri Mehtiyeva Səkinə Nizaməddin qızı, "Səs" qəzetinin şöbə müdiri Hüseynova Rəfiqə Kamal qızı və "Kaspiy" qəzetinin şöbə müdiri Əliyeva Qaliya Sosialovna qızı 3-cü yeri tutublar.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə"Oxu.az" İnformasiya Agentliyinin müxbiri Xankişiyeva İlhamə Əbülfət qızı 1-ci, "Teleqraf.com" saytının müxbiri Cavadzadə Nərgiz Ehlam qızı və "Report" İnformasiya Agentliyinin redaktoru Məmmədov Elşən Ağamirzə oğlu 2-ci, "Novoye Vremya" qəzetinin redaktoru Məmmədov Məzahir Zahid oğlu, "İdman" qəzetinin müxbiri Aşırova Aynurə Pənah qızı və "Kür" qəzetinin müxbiri Cəfərov Natiq Nəriman oğlu 3-cü mükafatın sahibi olublar.
Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti üzrə "Moderator.az" saytının müxbiri Əliyev Seymur Telman oğlu 1-ci, "Paralel" qəzetinin baş redaktor müavini Nəsirli Akif Sovet oğlu və "Həftə içi" qəzetinin redaktoru Rəhimov Təbriz Kamal oğlu 2-ci, "Bizim Yol" qəzetinin müxbiri Rəsulova İlhamə Loğman qızı, "Futbol+Qol" qəzetinin müxbiri Əliyeva Zeynəb Qəhrəman qızı və "İqtisadiyyat" qəzetinin baş redaktoru Səmədzadə Aytən Ziyad qızı 3-cü yerə layiq görülüblər.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqaməti üzrə "Yeni Müsavat" qəzetinin müxbiri Ağayev Etibar Rafiq oğlu 1-ci, "Kaspi" qəzetinin müxbiri İsmayılov Rufik Afis oğlu və "Səs" İnformasiya Agentliyinin redaktoru Məmmədov Cabir Rza oğlu 2-ci, "Olaylar" İnformasiya Agentliyinin müxbiri Hüseynli Alim Ziyadxan oğlu, "Ekspress" qəzetinin müxbiri Cəfərov Vasif Məmməd oğlu və "Bakı-Xəbər" qəzetinin müxbiri Cəlilova Günel İsa qızı 3-cü yeri tutublar.
Elm və təhsilin inkişaf etdirilməsi istiqaməti üzrə "The Business Times" qəzetinin müxbiri Hüseynova Pərvanə Rafiq qızı 1-ci, "Mövqe.az" saytının müxbiri Quluyeva Zülfiyyə Telman qızı və "Şərq" qəzetinin baş redaktor müavini Yusubov Yusif Hacı oğlu 2-ci, "Səs" qəzetinin şöbə müdiri Bayramova Zümrüd Aləddin qızı, Yusifov Ramiz Ənvər oğlu və "Həftə içi" qəzetinin müxbiri Baxşalıyev Sabir Məhiş oğlu 3-cü yerə layiq görülüblər.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqaməti üzrə isə 1-ci yeri "Olimpiya dünyası" qəzetinin şöbə müdiri Hakıyeva Səadət Zifi qızı tutub. "Respublika" qəzetinin şöbə müdiri Cavadov Nərman Əhməd oğlu, "Xalq qəzeti"nin müxbiri Ələsgərli Əfsanə Bayram qızı 2-ci, "Bakı-Xəbər" qəzetinin müxbiri Quliyev Namiq Abbasqulu oğlu, "Mingəçevir" qəzetinin məsul katibi Məmmədova Mətanət Qüdrət qızı və "amia.az" saytının baş redaktoru Baxşəliyev Nicat Nəriman oğlu 3-cü yerləri bölüşüblər.